Vəkil Cavidan Osmanlı ilə bağlı cinayət işi açıldı

Vəkil Cavidan Osmanlı ilə bağlı cinayət işi açıldı

Hazırda oxunan: Vəkil Cavidan Osmanlı ilə bağlı cinayət işi açıldı

270890

Vəkil Cavidan Osmanlıdan edilən şikayətlər əsasında cinayət işi başlanılıb.

Bizim.Media “Apa.az”a istinadən xəbər verir ki, vəkil barəsində Pirallahı Rayon Polis İdarəsinə müraciət edilib.
 

İlkin iddialara görə, o, 10-a yaxın şəxsə işə bərpa etməklə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini bildirərək vəd verib. Lakin vədinə əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinir.


Zərərçəkənlərin şikayətləri əsasında başlanan cinayət işi üzrə Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.

Vəkil Cavidan Osmanlı isə açıqlamasında bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib. O, məsələdən xəbərsiz olduğunu da əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO