Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Hazırda oxunan: Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

270818

Sabirabadda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral yolunun rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KaMAZ" markalı yük maşını ilə "Mercedes" markalı avtomobil toqquşub.
 

Qəza nəticəsində Beyləqan rayon sakinləri; 1982-ci il təvəllüdlü Babayev Fuad Şakir oğlu, 1988-ci il təvəllüdlü Hüseynov Əli Vahid oğlu, 1982-ci il təvəllüdlü Qasımov Ramil Fərman oğlu və 1987-ci il təvəllüdlü Əliyev Rahib Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.


Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO