Cəlilabad rayonunun Xəlilabad kəndində məktəblinin öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, hadisə rayonun Xəlilabad kənd orta məktəbində baş verib.
Öldürülən 11-ci sinif şagirdi Kənan İmanzadə və onun qətlində şübhəli bilinən sinif yoldaşı Sadiq Əsgərov Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Bildirilib ki, kəndlərində məktəb olmadığı üçün hər ikisi Xəlilabad kənd orta məktəbində təhsil alırmış.
İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Dünən şagirdlər arasında mübahisə yaranıb, lakin digər sinif yoldaşları davanın böyüməsinin qarşısını ala biliblər.
Bu gün səhər isə evlərindən mətbəx bıçağı götürərən S.Əsgərov birinci dərsdən sonra K. İmanzadəni başqa sinfə çağıraraq yenidən mübahisə edib və daha sonra həmyaşıdının qarın boşluğu və döş qəfəsinə bıçaqla zərbə endirib.
Ağır yaralanan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:44 / 16.09.2025
Cəlilabadda məktəbdəki qətl söyüş üstündə olub – TƏFƏRRÜAT
Hazırda oxunan: Cəlilabadda məktəbdəki qətl söyüş üstündə olub – TƏFƏRRÜAT
Hazırda oxunan: Cəlilabadda məktəbdəki qətl söyüş üstündə olub – TƏFƏRRÜAT
270775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.