Bu tarixlərdə yararsız pullarınızı dəyişdirə bilməyəcəksiniz

Bu tarixlərdə yararsız pullarınızı dəyişdirə bilməyəcəksiniz

Hazırda oxunan: Bu tarixlərdə yararsız pullarınızı dəyişdirə bilməyəcəksiniz

270773

Sentyabrın 17-18-də Azərbaycan Mərkəzi Bankının (AMB) Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) vətəndaşlara müraciətində bildirilib.

Qeyd edək ki, “Nağd pul ofisi” Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə fəaliyyət göstərir.

Bildirilib ki, “Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO