Xəbər verildiyi kimi Cəlilabad rayonunun Xəlilabad kəndində bıçaqlanma hadisəsi baş verib.
Belə ki, sinifyoldaşı tərəfindən bıçaqlanan 11-ci sinif şagirdi K.İ. həyatını itirib.
Xəlilabad kənd orta məktəbindən Bizim.Media-ya verilən məlumata görə, hadisə məktəb daxilində baş verib və bıçaqlanan məktəbli xəstəxanada dünyasını dəyişib:
“Biz dərhal üzərimizə düşən vəzifəni icra edib 103 qaynar xəttinə zəng etmişik və hər iki şagirdin valideynlərinə xəbər vermişik. Yaralı Cəlilabad Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Lakin orada dünyasını dəyişib”.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə saytımıza verilən məlumata görə, bıçaqlanan şagirdlər arasında heç bir problem olmayıb:
“Əslində yolda və xəstəxanada ölməsi ilə bağlı çeşidli məlumat var. Lakin maraqlısı odur ki, məktəblilər arasında heç bir problem olmayıb, indiyədək insident yaşanmayıb. Hazırda araşdırma davam edir”.
Məmmədova Naibə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:56 / 16.09.2025
Məktəbdəki bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA - "Aralarında problem olmayıb"
Hazırda oxunan: Məktəbdəki bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA - "Aralarında problem olmayıb"
Hazırda oxunan: Məktəbdəki bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA - "Aralarında problem olmayıb"
270768
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.