Cəlilabadda bıçaqlanan məktəbli xəstəxanada öldü

Cəlilabadda bıçaqlanan məktəbli xəstəxanada öldü

Hazırda oxunan: Cəlilabadda bıçaqlanan məktəbli xəstəxanada öldü

270744

Cəlilabad rayonunun Xəlilabad kəndində sinif yoldaşı tərəfindən bıçaqlandığı deyilən 11-ci sinif şagirdi K.İ. xəstəxanada dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

17 yaşlı oğlan həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, bu gün Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında münaqişə baş verib. 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.

S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO