Bakıda ən bahalı evlər bu ərazilərdə satılır - SİYAHI

Bakıda ən bahalı evlər bu ərazilərdə satılır - SİYAHI

Hazırda oxunan: Bakıda ən bahalı evlər bu ərazilərdə satılır - SİYAHI

270660

Bakıda müəyyən yaşayış kompleksləri bazarda xüsusi diqqət çəkir. Bu ərazilərdə mənzillərin satış qiymətləri digər bölgələrlə müqayisədə xeyli yüksəkdir. Qiymət fərqliliyi yalnız evlərin ölçüsündən deyil, eyni zamanda yerləşdiyi ünvandan da qaynaqlanır. Nəticədə, bu binalardakı mənzillərin kirayə dəyəri də digər bölgələrdən fərqlənir və bazarda lider mövqeyini qoruyur.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Ölkə.az”a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, kirayə və satış qiymətləri arasında birbaşa əlaqə mövcuddur:

"Yəni yüksək satış qiymətləri olan mənzillərin kirayəsi də təbii olaraq yüksək olur. Bu baxımdan, mən sizə ərazilər üzrə təqribi qiymətləri təqdim edəcəyəm.

Həmin ərazilərdə əsasən binalardan söhbət gedir. Qeyd etmək lazımdır ki, göstərilən qiymətlər həmin ərazilərdəki maksimum satış qiymətləridir. Bazarda həmin ərazilərin satış qiymətləri yüksək olduğu kimi, kirayə qiymətləri də yüksək səviyyədədir.

Ağ şəhərdə, xüsusilə "Sea Breeze Residence"də yüksək qiymətlər müşahidə olunur. "Port Baku" da ayrıca qeyd edilib. Hazırda "Crescent Mall"un yerləşdiyi rezidens kvadrat metr üçün ən yüksək qiymət kimi 14 000 manat təklif edir. Siyahıda ümumilikdə 12 rayon üzrə maksimum qiymətlər təqdim olunub".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO