“Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava gözlənilir. Sentyabrın 16-da səhər və axşam , sentyabrın 17-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehrimal olunur. Şimal-şərq küləyi əsəcək, havanın maksimal temperaturu 20-24 dərəcə isti olacaq.”
Bizim.Media xəbər verir ki, bu barədə bakupost.az -a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bölgələrədə sentyabrın 18-dək havanın arabir yağıntılı olacağı gözlənilir:
“Bölgələrdə də sentyabrın 16-da əsasən, yağmursuz hava müşahidə olunsa da, gündüz saatlarından başlayaraq, ayın 18-i gündüzədək arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sentyabrın 17-i əsasən, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.”
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:03 / 16.09.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA
Hazırda oxunan: Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA
Hazırda oxunan: Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA
270657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.