Biləsuvar rayonunda polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkarlanıb.
Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə etdiyi narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, E.Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:17 / 16.09.2025
DİN Biləsuvarda əməliyyat keçirdi: Tutulan var – FOTO/VİDEO
Hazırda oxunan: DİN Biləsuvarda əməliyyat keçirdi: Tutulan var – FOTO/VİDEO
Hazırda oxunan: DİN Biləsuvarda əməliyyat keçirdi: Tutulan var – FOTO/VİDEO
270656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.