Ağız boşluğundakı infeksiyalar və virus xəstəlikləri miokard infarktının inkişafında əsas rol oynaya bilər.
Bizim.Media xəbər verir ki, bu nəticəyə Tampere və Oksford universitetlərinin alimləri gəliblər.
Onlar ilk dəfə aterosklerotik yığıntılarda (damar divarlarında yaranan lövhələrdə) bakteriyaların genetik izlərini aşkarlayıblar.
Professor Pekka Karhunenin izahına görə, bakteriyalar damarların divarında biofilm adlanan qatlar əmələ gətirir və onlar onilliklər boyunca passiv vəziyyətdə qalaraq immun sistemin və antibiotiklərin təsirindən yayınırlar. Lakin insan viral infeksiyaya yoluxduqda bu mikroorqanizmlər aktivləşir və iltihaba səbəb olur. Nəticədə aterosklerotik lövhə cırıla bilər ki, bu da tromboz və ürək tutması (infarkt) ilə nəticələnir.
Tədqiqatçılar xüsusilə ağız boşluğunda geniş yayılmış Streptococcus viridans bakteriyalarına diqqət çəkiblər. Onların tac damarlarında (ürəyi qidalandıran damarlarda) tapılması, xroniki infeksiyalarla ürək-damar xəstəlikləri arasında birbaşa əlaqəni sübut edir.
Araşdırma Jane və Aatos Erkko Fondu və Fin Ürək-Damar Tədqiqatları Fondu tərəfindən maliyyələşdirilib. Alimlərin sözlərinə görə, bu kəşf bakterial mənşəli aterosklerozun qarşısını almaq üçün vaksin hazırlanmasına imkan yarada bilər — bu isə risk qrupuna daxil olan insanlar üçün infarktın profilaktikasında əhəmiyyətli irəliləyiş ola bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:02 / 15.09.2025
İnfarkta infeksiyalar da səbəb ola bilər - ARAŞDIRMA
Hazırda oxunan: İnfarkta infeksiyalar da səbəb ola bilər - ARAŞDIRMA
Hazırda oxunan: İnfarkta infeksiyalar da səbəb ola bilər - ARAŞDIRMA
270599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.