Həm Azərbaycanda, həm də digər ölkələrdə "Temu" kimi platformalardan alış-veriş edənlər artıb.
Ancaq mütəxəssislərin bir çoxu oradan alınan geyimləri tövsiyə etmirlər. Çünki onların əksəriyyəti polyester materialdan hazırlanır.
Polyester material dünyada ən çox istifadə olunan sintetik parçaların növlərindən biridir. Bu parça qırışmağa davamlı olsa da, tez qurusa da, mütəxəssislər onun sağlamlıq üçün mənfi xüsusiyyətlərinin olduğunu da deyir.
Bəs bunlar nələrdir?
Bizim.Media-ya açıqlama verən dermatoloq Tünzalə Əzizli bildirib ki, sözügedən geyimlər dəridə qızartı, səpki, qaşınma kimi əlamətlərlə özünü göstərə bilər:
“Polyester material kontakt allergik dermatit yarada bilər. Bunun səbəbi sırf polyester materialların tərkibində olan kimyəvi maddələrdir”.
Polyester dərinin tənəffüsünə maneə olur…
Dermotoloq qeyd edib ki, bu materiallar dəriyə havanın keçməsinin qarşısını alır. Tənəffüs disbalansı yaratdığına görə, dəri hüceyrələrində tənzimlənmə düzgün getmir. Bu da allergik reaksiyaların yaranmasına səbəb olur.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 16.09.2025
Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ
Hazırda oxunan: Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ
Hazırda oxunan: Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ
270583
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.