Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO

Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO

Hazırda oxunan: Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO

270568

Sentyabrın 15-də, Bilik günündə Gəncə şəhər 24 nömrəli tam orta ümumtəhsil məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Səməd Tomiyev, YAP-ın Gəncə təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, məktəbin şəhid məzunu Şahlar Nağıyevin anası Gülgəz Nağıyeva, idarə əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə çıxış edənlər Azərbaycan təhsilinə olan diqqət və qayğıdan danışıblar.

Qeyd olunub ki, son illər ərzində 600-dən çox orta ümumtəhsil məktəbi yenidən qurulub, əsaslı təmir olunaraq yeni texnika və avadanlıqlarla təchiz edilib.
 

O da vurğulanıb ki, 1979-cu ildə tikilib istifadəyə verilən 24 saylı məktəb 2023-cü ildə əsaslı təmir üçün bağlanıb.


Məktəb 1176 şagird yerlikdir. Tədris binasında 55 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, 3 informatika otağı, kitabxana, 270 nəfərlik akt zalı, idman zalı, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var.

Məktəbdə 897 şagird təhsil alır. Təhsil müəssisəsinin 81 nəfər pedaqoji, 16 nəfər texniki işçisi var.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılan şəraitlə, yeni laboratoriyalar və sinif kabinetləri, müasir yüməkxana və idman zalı ilə yaxından tanış olublar.


































Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO