Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Hazırda oxunan: Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

270246

Bakıda süpürgəçilər arasında dava olub.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib.

Şəhərcikdə süpürgəçi işləyən 45 yaşlı Qaçay külək zibilləri onun ərazisinə uçurtduğu üçün iş yoldaşı Ülviyyə ilə dalaşıb.
 

Dava zamanı o, qadının üzünə yumruqla vuraraq, xəsarət yetirib. Zərərçəkən hadisə barədə polisə şikayət etdikdən sonra Qaçay məsuliyyətə cəlb olunub və barəsində Cinayət Məcəlləsini 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb.


Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə Qaçay aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO