Universitetlərdə tədris edilən bəzi ixtisasların dırnaqarası kursları yaradılaraq insanları öyrədirlər. Həmin kursları bitirəndən sonra isə diplom və sertifikatlar verilir.
Bəs kursların verdiyi diplom, serfitikatlar nə dərəcədə etibarlıdır?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, sözügedən kursların verdiyi diplomla tibb işçisi işləmək olmaz:
"Əhalinin sağlamlığının qorunması haqqında qanunun 46-cı maddəsinə əsasən, Azərbaycanda ali və orta ixtisas tibb müəssəsində təhsil almış şəxslər müvafiq diploma və ya xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilən qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Tibb kurslarının təşkil etdiyi müəssələr orta ixtisas tibb təhsili olmadığı üçün həmin müəssələr tərəfindən verilən sənədlər əsasında tibb işçisi vəzifəsində fəaliyyətə icazə verilməsi qadağandır". (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:33 / 13.09.2025
Bu kursları bitirənlər həkim ola bilməz - RƏSMİ
Hazırda oxunan: Bu kursları bitirənlər həkim ola bilməz - RƏSMİ
Hazırda oxunan: Bu kursları bitirənlər həkim ola bilməz - RƏSMİ
270227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.