"Vüsal 300" kimi tanınan iş adamı Vüsal Şirvan oğlu Abbasov barəsində cinayət işi başlanılıb.
Bizim.Media Report-a istinadən xəbər verir ki, "Vüsal 300" bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti məşğul olmaqda ittiham olunur.
Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakların girov saxlamaqla qanuna müvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300" məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulub və Xətai rayon Prokurorluğu tərəfindən möhürlənib.
Qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınların "Arendator"u kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:13 / 13.09.2025
Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı
Hazırda oxunan: Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı
Hazırda oxunan: Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı
270216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.