TikTok-a görə evi yandırdı – VİDEO

TikTok-a görə evi yandırdı – VİDEO

Hazırda oxunan: TikTok-a görə evi yandırdı – VİDEO

270193

Tatarıstanın Buqulma şəhərində 19 yaşlı bloger TikTok-da izlənmə sayı toplamaq üçün kirayədə yaşadığı mənzildə qəsdən yanğın törədib.

Bizim.Media xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb

Belə ki, gənc qadın videobloq çəkmək məqsədilə yatağın üzərinə od vurub, daha sonra onu alışqan maye ilə alovlandırıb. Nəticədə alov otağı bürüyüb, əşyalar və mebel tamamilə yanıb. Güclü tüstü səbəbilə qonşulardan biri boğulma təhlükəsi ilə üzləşib.

Hadisə yerinə Fövqəladə Hallar Xidməti gələndə, bloger ağlayaraq yanğının guya elektrik qısaqapanmasından baş verdiyini iddia edib. O, həm atasına, həm də xilasedicilərə yalandan internet modeminin partladığını deyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO