"Pensiyaların ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, xüsusilə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Pensiyanın ödənilməsində daha konkret vaxtların müəyyənləşdirilməsi və konkret vaxtlarda ödənişlərin həyata keçirilməsi məqsədəuyğun olardı".
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bəzi hallarda pensiyaçı kredit borcunu və ya hansısa aylıq xərclərini ödəməlidir:
"Ona görə də konkret vaxtların müəyyənləşdirilməsi kredit və digər borcların ödənilməsində hər hansı gecikmələrin qarşısını almış olur. Bu, vətəndaşlarımızın sosial təminatı və xərcləri planlaşdırması baxımından vacibdir. Daha konkret zaman çərçivəsində pensiyaların ödənilməsinin həyata keçirilməsini təklif edirik. Mövcud texnoloji infrastrukturun daha da təkmilləşdirilməsinə ehtiyac var. Bu, pensiyaların paytaxt, iri şəhər və bölgələr üzrə ayrı vaxtlarda deyil, ölkə üzrə konkret vaxtda və tam olaraq ödənilməsinə imkan yaradar".
Qeyd edək ki, pensiya ayın əvvəli Bakı, Sumqayıt, Abşeronda, ayın sonunda isə digər şəhər və rayonlarda ödənilir. (unikal.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:58 / 12.09.2025
Pensiyalar bütün şəhər və rayonlarda eyni vaxtda verilə bilər? - AÇIQLAMA
Hazırda oxunan: Pensiyalar bütün şəhər və rayonlarda eyni vaxtda verilə bilər? - AÇIQLAMA
Hazırda oxunan: Pensiyalar bütün şəhər və rayonlarda eyni vaxtda verilə bilər? - AÇIQLAMA
270144
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.