Xankəndidə qardaşlar SAXLANILDI

Xankəndidə qardaşlar SAXLANILDI

Hazırda oxunan: Xankəndidə qardaşlar SAXLANILDI

270081

Xankəndi şəhərində sürət yarışına çıxan qardaşlar saxlanılıblar.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, Əslən Bərdə rayonunun Cəmilli kəndindən olan və Xankəndi şəhərində yaşayan Orxan Hümbətzadə və qardaşı Tural Baxışlı gecə saatlarında istifadələrində olan VAZ-21154 markalı 99 XD 195 qeydiyyat nişanlı və VAZ-21154 markalı 20 DH 355 qeydiyyat nişanlı avtomobillərlə şəhərin mərkəzi yolunda sürət yarışı həyata keçirməklə həmin hərəkətlərin videosunu çəkiblər.
 

Xənkəndi Şəhər Polis Şöbəsinin əməkdaşları kamera görüntüləri ilə həmin şəxsləri aşkarlayıblar və barələrində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə inzibati icraat başlayıb.


Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə qardaşların hər biri bir il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO