Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Hazırda oxunan: Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

270065

Azərbaycanda nikah yaşı 18 müəyyən edilib. Lakin övladını daha tez evləndirməyə can atan valideynlərə rast gəlinir. Bununla mütəmadi olaraq mübarizə aparılsa da, hələ də yeniyetmələrin nişan, elçilik və toy mərasimləri xəbəri eşidilir və bunun qarşısı alınır.

Bəs ölkədə nikah yaşına çatmayanları evliliyə məcburetməyə görə konkret hansı cəzalar nəzərdə tutulub?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Ruslan Mustafayev deyib ki, nikah və erkən evliliyə daxil olmağa məcbur etməyə görə Cinayət Məcəlləsində müvafiq maddə var:

“Bu maddə Cinayət Məcəlləsinin 176-1 maddəsidir ki, həmin maddədə nikaha və erkən evliliyə daxil olmağa məcburetməyə görə cəzalar müəyyən edilib. Həmin maddənin birinci bəndində nikaha daxil olmağa məcburetməyə görə 2 min manatdan 3 min manatadək cərimə və iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma nəzərdə tutulub.

Maddənin sanksiyasında həm 2-3 min manat arasında cərimə və ya 2 ilədək müddətdə azadlıqdan məhrumetmə cəza nəzərdə tutulub. Kifayət qədər fərqli cəzaların nəzərdə tutulması həmin şəxslərin əməlindən və əməllərinin nəticələrindən asılı olaraq qiymətləndirilir.

Yəni məhkəmə araşdırır, istintaq aparılır və həmin şəxsin əməli, niyyəti, həmin törədilmiş əməlin nəticələri və yaxud zərərçəkmiş şəxsin şikayətçi olub olmaması, yəni bir çox faktorlar nəzərə alınaraq nikaha daxilolmanı məcburetməni törətmiş şəxsə cəza təyin edilir. Yəni məhkəmə müəyyən halları nəzərə alaraq həmin şəxsə cərimə cəzası, hətta azadlıqdan məhrumetmə cəzasını da tətbiq edə bilər”.

Hüquqşünas bildirib ki, həmin maddənin ikinci bəndində isə artıq nikah yaşına çatmayan şəxsi erkən nikaha daxiletməyə məcburetməyə görə cəza nəzərdə tutulub:

“Bu cəzalar isə 3 min manatdan 4 min manata qədər cərimə və 4 ilədək azadlıqdan məhrumetmə cəzasıdır. Birinci bənddə məhz nikaha daxilolmaya məcbur, ikinci bənddə isə erkən nikaha məcburetmədir. Nikah yaşına çatmayan şəxs rəsmi nikah bağlaya bilmir. Əgər şəxs nikah yaşına çatmayıb, amma evlilik münasibətlərinə daxil olursa, bu, erkən evlilik hesab edilir.
 

Bu maddələrlə yanaşı 176-2 maddəsi 16 yaşına çatmayan şəxslərin erkən evliliyin təşkil ilə bağlıdır. Yəni 16 yaşına çatmayan şəxslərin erkən evliliyini təşkil edən şəxslərin əməlləri bu maddədə nəzərdə tutulan cəzalar ilə cəzalandırılır.


Həmin maddədə valideynlər, digər şəxslər, restoranlar, tədbirin təşkilində yaxından iştirak edən şəxslər də həmin əməli törətməkdə təqsirli bilinə bilərlər. Təqsirli bilinərlərsə, 2 min manatdan 3 min manata qədər cərimə və ya 2 ilədək müddətdə azadlığın məhdudlıaşdırılması və ya iki ilədək müddətə azdlıqdan məhrumetmə ilə cəzalandırılır”.

O, maddənin qeyd hissəsində bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zəzərçəkmiş şəxsin yaş fərqi 5 ildən çox olduqda yaranması qeyd edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO