Laçında sərxoş halda söyüş söyən vəzifəlilər HƏBS OLUNDU

Laçında sərxoş halda söyüş söyən vəzifəlilər HƏBS OLUNDU

Hazırda oxunan: Laçında sərxoş halda söyüş söyən vəzifəlilər HƏBS OLUNDU

270062

Laçında ANAMA-nın bölmə rəhbərləri həbs edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə sentyabrın 11-i Laçın şəhərinin mərkəzində baş verib.
 

ANAMA-da bölmə rəisi işləyən 1985-ci il təvəllüdlü S.Məmmədovun (şərti) idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb.


Bu zaman sərxoş vəziyyətdə olan və sürücülük kəmərindən istifadə etməyən sürücü ilə onun yanında əyləşən, spirtli içkinin təsiri altında olan 31 yaşlı sərnişin T.Qurbanov ucadan səs-küy salmağa, söyüş söyməyə başlayıblar.

İctimai asayişi pozan şəxslər saxlanılaraq bölməyə aparılıblar.

Burada onların ikisinin də ANAMA əməkdaşı olmaları, həmin qurumda bölmə rəisi vəzifəsində çalışmaları müəyyənləşib.

Barələrində inzibati protokol tərtib edilən şəxslər Laçın Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO