Beş gün komada qalan qazi dünyasını dəyişdi – FOTO

Beş gün komada qalan qazi dünyasını dəyişdi – FOTO

Hazırda oxunan: Beş gün komada qalan qazi dünyasını dəyişdi – FOTO

270057

Aprel Döyüşlərinin iştirakçısı, qazi Ramin Süleyman oğlu Hümbətov uzun sürən komadan sonra həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, o, səhhətinin pisləşməsi səbəbindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. 

Beş gün koma vəziyyətində qalan Hümbətovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün səhər xəstəxanada vəfat edib.
 

Xatırladaq ki, Ramin Hümbətov Aprel Döyüşlərində Lələtəpə istiqamətində ağır yaralanmışdı. O, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Lənkəran bölməsinin fəal üzvlərindən idi.


Allah rəhmət eləsin, ailəsinə səbir diləyirik.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO