Nazir: “Yaşları artsa da, oxuduqlarını daha yaxşı anlamırlar”

Nazir: “Yaşları artsa da, oxuduqlarını daha yaxşı anlamırlar”

Hazırda oxunan: Nazir: “Yaşları artsa da, oxuduqlarını daha yaxşı anlamırlar”

270055

“Azərbaycan dili dərsliklərində külli miqdarda dil qaydaları var. Hər adam dil qaydalarını bilməlidir. Problemimiz oxuyub anlamaqla bağlıdır. Bizim adamlarımız oxuduğunu anlamır, mən bunu rəqəmlərə əsaslanaraq deyirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, 10 yaşına çatan uşaqların ən yaxşı halda 4-də biri oxuduğunu anlamır:
 

"Getdikcə, yaş artdıqca, XI sinfi bitirəndə də adam oxuduğunu yenə də daha yaxşı anlamağa başlamır. Bu rəqəmlər 50-60 faizə çatır. Yəni oxuduğunu mühakimə edə bilmir, öz davranışını ona uyğunlaşdıra bilmir.


Bu, bəzi adamlara qəribə gəlir. Bizə bunu dəyişmək üçün mütəxəssis lazımdır. Ən böyük çətinliyimiz mütəxəssislərin buna göstərdiyi müqavimətdir. Ən yaxşı, ən savadlı saydığımız müəllimin belə 21-ci əsrin səriştələrinə uyğun sualı cavab yaza bilmir".

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO