832 müharibə iştirakçısı biznes üçün əmlaklarla təmin olundu - FOTO

832 müharibə iştirakçısı biznes üçün əmlaklarla təmin olundu - FOTO

Hazırda oxunan: 832 müharibə iştirakçısı biznes üçün əmlaklarla təmin olundu - FOTO

269998

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, avtoçilingər, çatdırılma xidməti və digər xidmətlər üzrə kiçik biznes sahələrini yaradıblar.
 

Onlar göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər.


Qeyd edək ki, cari ilin 8 ayında müharibə iştirakçıları olan 832 nəfər, ümumilikdə isə 10,6 min müharibə iştirakçısı əmlaklarla təmin olunub və onlar üçün kiçik bizneslər yaradılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO