“Azərişıq”dan abonentlərə XƏBƏRDARLIQ

“Azərişıq”dan abonentlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: “Azərişıq”dan abonentlərə XƏBƏRDARLIQ

26995

“Azərişıq” ASC tərəfindən xidmət göstərilən ərazilər üzrə iyun ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb.

Bizim.Media-nın məlumatına görə, ASC-dən bildirilib ki, iyunun 21-dən etibarən havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub.

Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına səbəb olub. İyun ayının 21-26-sı aralığında enerji göstəricisinə tələbat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik 6,2 milyon kilovat/saat (kVts) artıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərişıq”dan iddialara CAVAB – “Doğru deyil”


İyunun 27-si 16,4 milyon, 28-i 20,4 milyon, 29-u isə 18,2 milyon kVts olmaqla son 3 gündə 55 milyon kVts elektrik enerjisinin istehlakında artım qeydə alınıb.

Bununla da iyunun 29-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” ASC üzrə 66,4 milyon kVts qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub. İyun ayında isə ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 106 milyon kVts olması gözlənilir.

“Azərişıq” ASC abonentlərə xəbərdarlıq edir: “Soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır.

İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq.

Abonentlərimizdən bir daha xahiş edirik ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər”.

Qeyd edək ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi, eyni zamanda, hesabat dövrünün qüsursuz icra edilməsi üçün “Azərişıq” ASC-də yeni layihələrdən biri olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir.

“Azərişıq” istehlakçılara elektrik enerjisinin istifadəsinə dair şikayət olduğu təqdirdə ASC-yə məxsus “[email protected]” elektron poçt ünvanına və ya “199” Çağrı mərkəzinə müraciət etmələrini tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO