“iPhone 17” hələ çıxmayıb, amma Bakıda satılır” - Ramal İsayev

“iPhone 17” hələ çıxmayıb, amma Bakıda satılır” - Ramal İsayev

Hazırda oxunan: “iPhone 17” hələ çıxmayıb, amma Bakıda satılır” - Ramal İsayev

269909

Tanınmış bloqer Ramal İsayev sosial mediada yayılan “iPhone 17”nin saxta satış elanları ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bəzi səhifələr insanları aldatmaq məqsədilə “iPhone 17” modelinin artıq Bakıda satışda olduğunu iddia edirlər. Lakin “Apple” bu modelin ön sifarişinə yalnız 12 sentyabrda start verir, satış isə 19 sentyabrdan başlayacaq.

“Apple” şirkəti özü satmır, amma bəzi səhifələr artıq satır. Bu, sadəcə insanların məlumatsızlığından istifadə edərək onlara saxta cihazları orijinal kimi təqdim etməkdir,” – deyə o qeyd edib.

R. İsayev həmçinin videolarda göstərilən “iPhone 17” modelinin rəsmi dizayna uyğun olmadığını, rəng və loqo yerləşiminin fərqli olduğunu vurğulayaraq, 6500 manata bu saxta cihazların satılmasının açıq şəkildə dələduzluq olduğunu bildirib.

“Dubayda rəsmi “Apple” mağazasında “iPhone 17” Pro modelinin qiyməti 4699 BƏƏ dirhəmidir ki, bu da təxminən 2200-2300 manat edir. Hətta gömrük və qeydiyyat xərcləri əlavə olunsa belə, Bakıda satılan qiymətlərlə müqayisədə qat-qat sərfəlidir”, - R.İsayev əlavə edib.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO