Şuşakənddə 59 sakinə mənzillərin açarları təqdim edildi – FOTO

Şuşakənddə 59 sakinə mənzillərin açarları təqdim edildi – FOTO

Hazırda oxunan: Şuşakənddə 59 sakinə mənzillərin açarları təqdim edildi – FOTO

269905

Sentyabrın 11-də Xocalının Şuşakənd kəndinə ilk köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, "Böyük Qayıdış" proqramı çərçivəsində ilk mərhələdə kəndə 15 ailədən ibarət 59 keçmiş məcburi köçkün qayıdıb.

Bu gün mənzillərin açarları ailələrə təqdim edilib. Şuşakənd kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə müasir standartlara cavab verən yeni yollar çəkilib. Sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunublar.

Bununla yanaşı, sosial obyektlərin fəaliyyətə başlaması üçün də zəruri şərait yaradılıb.

Tədbirdə çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri tarixi dönüş münasibətilə təbrik edib, onlara doğma torpaqlarında firavan və əmin-amanlıq içində yaşamalarını arzulayıb.

















Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO