Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı

Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı

Hazırda oxunan: Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı

269893

Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı həbs edilən komandiri və tibb xidməti rəisi azadlığa buraxılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Naxçıvan Ali Məhkəməsi belə qərar çıxarıb.

Polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyevin cəzası şərti hesab edilib.

Qeyd edək ki, hadisə ötən ilin yayında baş verib. Əsgər Ceyhun Hüseynov iyunun 9-da N saylı hərbi hissədən naməlum şəraitdə itkin düşüb, iki gün sonra odlu silahla vurulmuş nəşi tapılıb.

Məhkəmə istintaqı zamanı Ceyhunun intihar etdiyi məlum olub. Bu barədə ekspert rəyləri təqdim edilib.

Ceyhunun komandiri və hərbi hissənin tibb xidməti rəisi isə bu hadisə ilə bağlı vaxtında zəruri tədbirlər görməməkdə təqsirləndirilib. Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə polkovnik Samir Həziyevə 4 il, tibb xidməti kapitanı Aydın Quliyevə isə 3 il həbs cəzası verilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO