Gəncədə velosipedlə vurulan səkkizyaşlı qızın ölümünün bəzi təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə sentyabrın 10-da baş verib.
2017-ci il təvəllüdlü Ayşən Azər qızı Abbasova Gəncə şəhəri Ozan küçəsində küçədə oynayarkən yolu bir istiqamətdən digər istiqamətə qaçaraq keçmək istəyib. Həmin vaxt küçədə velosipedlə hərəkətdə olan 2011-ci il təvəllüdlü Həbib Vüqar oğlu Allahverdiyev döngədən çıxaraq azyaşlıya çırpılıb. Hadisə nəticəsində velosipedin pedalı A.Abbasovanın gözünə batıb.
A.Abbasova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:27 / 11.09.2025
Velosipedin pedalı 8 yaşlı qızın gözünə batdı - Gəncədə faciəli ölüm
Hazırda oxunan: Velosipedin pedalı 8 yaşlı qızın gözünə batdı - Gəncədə faciəli ölüm
Hazırda oxunan: Velosipedin pedalı 8 yaşlı qızın gözünə batdı - Gəncədə faciəli ölüm
269856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.