Salyanda FACİƏ: “Karta pul köçürmək” adı ilə evdən çıxdı, kanaldan meyiti tapıldı

Salyanda FACİƏ: “Karta pul köçürmək” adı ilə evdən çıxdı, kanaldan meyiti tapıldı

Hazırda oxunan: Salyanda FACİƏ: “Karta pul köçürmək” adı ilə evdən çıxdı, kanaldan meyiti tapıldı

269852

Salyan rayonunun Yenikənd kəndində suvarma kanalında meyit aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, araşdırmalar zamanı cəsədin kənd sakini, 2006-cı il təvəllüdlü Əhməd Ramil oğlu Dadaşzadəyə aid olduğu müəyyən edilib.

Kənd sakinlərinin sözlərinə görə, Əhməd sentyabrın 6-da “karta pul köçürmək” adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun meyiti 4 gün sonra təsadüfən sakinlər tərəfindən kanalda tapılıb.

Cəsəd dərhal sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, Əhməd Dadaşzadə ailədə iki qardaş və bir bacı olub. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO