Manaf Ağayevin oğlu vəzifəsindən azad edildi

Manaf Ağayevin oğlu vəzifəsindən azad edildi

Hazırda oxunan: Manaf Ağayevin oğlu vəzifəsindən azad edildi

269836

Tanınmış müğənni Manaf Ağayevin oğlu Elçin Ağayev Bakı Sağlamlıq Mərkəzindəki vəzifəsindən kənarlaşdırılıb.

Bizim.Media xəbər verir ki, Elçin Ağayev üç ay öncə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində direktorun məsləhətçisi vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lərdə yazıldığı kimi, burada “direktorun müşaviri” vəzifəsi yoxdur, Elçin Ağayevin təyin olunduğu vəzifə “direktorun məsləhətçi” postu olub.

Manaf Ağayevin oğlu bu postda cəmi üç ay işləyib və sentyabr ayında işdən çıxarılıb. Onun işdən çıxarılma səbəbi etimadı doğrultmamasıdır.

Elçin Ağayev daha əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO