Xocalıda iş yoldaşına xəsarət yetirən şəxsə hökm oxundu

Xocalıda iş yoldaşına xəsarət yetirən şəxsə hökm oxundu

Hazırda oxunan: Xocalıda iş yoldaşına xəsarət yetirən şəxsə hökm oxundu

269823

Xocalı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Habil Budaqovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırmaları yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Tural Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Habil Budaqov cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, İstintaq müəyyən edib ki, Habil Budaqov 2025-ci il avqustun 7-də, saat 18 radələrində Xocalı rayonunun Badara kəndində yerləşən müvəqqəti yaşadıqları evdə şəxsi münasibətlər zəminində iş yoldaşı, zərərçəkmiş Nihad Səfərzadə (adı, soyadı şərtidir) mübahisə edib.
 

Mübahisə zamanı o, şüşə qrafinlə zərərçəkmişin baş nahiyəsinə zərbə vurub. Nəticədə Nihadın sol təpə və arxa təpə-gicgah nahiyəsində əzilmiş-cırılmış yara xəsarətləri yaranıb. Ekspertiza bu xəsarətləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirib.


Məhkəmə iclasında zərərçəkmiş şəxs ifadə verərək baş verənləri təsdiqləyib. O, hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın ödənildiyini, Habil Budaqova qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib. Bu barədə ərizəsini də məhkəməyə təqdim edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO