“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, 15 noyabra qədər Kəlbəcər, 20 noyabra qədər Ağdam, 1 dekabra qədər Laçın boşaldılmalı idi”.
Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, sadəcə, Ermənistanın tərəfinin xahişi ilə Kəlbəcərlə bağlı əlavə 10 gün vaxt verilib:
“Ağdam və Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması barədə razılaşma isə qüvvədə qalır”.
Bizim.Media