Qusarda ali məktəblərə qəbul olunmuş məzunlarla görüş keçirildi - FOTO

Qusarda ali məktəblərə qəbul olunmuş məzunlarla görüş keçirildi - FOTO

Hazırda oxunan: Qusarda ali məktəblərə qəbul olunmuş məzunlarla görüş keçirildi - FOTO

269764

Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun cari ildə ali məktəblərə qəbul olunmuş məzunlarla görüşü keçirilib.

Qusar Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, görüşdə həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azər Badamov, Qusar RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, təhsil işçiləri, təqaüdçü müəllimlər, məzunlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun müdiri Naira Klıçova 2024-2025-ci tədris ilində rayon üzrə əldə olunan təhsil nailiyyətlərini diqqətə çatdırıb.


Tədbirdə Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxış edərək, ali məktəblərə qəbul olmuş məzunları təbrik ediblər.

Tədbir çərçivəsində rayonun bir sıra qabaqcıl təhsil işçiləri Qusar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif edilib. Eyni zamanda, qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmiş məzunlara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO