Bu çayı yeməklə bir içmək olmaz - Həkimdən xəbərdarlıq

Bu çayı yeməklə bir içmək olmaz - Həkimdən xəbərdarlıq

Hazırda oxunan: Bu çayı yeməklə bir içmək olmaz - Həkimdən xəbərdarlıq

269736

Matça çayı dəmirin orqanizm tərəfindən mənimsənilməsini azalda bilər.

Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, bunu biotexnoloq Mariya Zolotaryova bildirib. 

Onun sözlərinə görə, bu bəzi insanlarda qanazlığına yol aça bilər.

"Sağlam insanlar üçün gündə 1-2 fincan matça təhlükə yaratmır. Amma üç qrup şəxs risk altındadır: artıq dəmir çatışmazlığı olanlar, anemiyaya meyilli şəxslər və ciddi veqan pəhrizi saxlayanlar".
 

Mütəxəssis vurğulayıb ki, matça antioksidantlarla zəngin olsa da, dəmirin sorulmasını çətinləşdirir. Tədqiqatlar göstərir ki, çayı yeməklə birlikdə qəbul etmək bu təsiri gücləndirir.


Riskdən qorunmaq üçün matçanı yeməklə eyni vaxtda deyil, yeməklər arasında içmək məsləhət görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO