İşdən çıxarılan şöbə müdirinin həkim kimi işləməsi qadağan edildi

İşdən çıxarılan şöbə müdirinin həkim kimi işləməsi qadağan edildi

Hazırda oxunan: İşdən çıxarılan şöbə müdirinin həkim kimi işləməsi qadağan edildi

269732

2023-cü ilin iyul ayında Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləyərkən yenidoğulmuş körpənin ölümündə təqsirləndirilən Könül Xudatovanın məhkəməsi başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Saatlı Rayon Məhkəməsində keçirilən prosesdə K.Xudatova Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-Ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.
 

Qeyd edilib ki, K.Xudatova doğuşdan əvvəl proseduru düzgün həyata keçirməyib və doğuş vaxtı körpənin zədələnməsinə səbəb olub.


Nəticədə yenidoğulmuş qız uşağı  1 gün sonra vəfat edib.

K.Xudatova ölüm hadisəsində hər hansı günahının olmadığını bildirərək bəraət istəyib. Həmçinin məlum olub ki, bu hadisədən sonra K.Xudatova sosial mediada xəstəxananın baş həkimini günahlandıraraq uşağın oksigen balonuna qoşulmamasına imkan vermədiyini deyib. Bundan sonra işdən çıxarılan K.Xudatova Tovuz Rayon Xəstəxanasında həkim kimi fəaliyyətini davam etdirib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə 1984-cü il təvəllüdlü K.Xudatovaya 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron qolbaq taxılıb.

K.Xudatovanın əlavə cəza kimi 1 il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququ da qadağan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO