Dünyanın ən bahalı meyvəsi: "Günəş yumurtası"

Dünyanın ən bahalı meyvəsi: "Günəş yumurtası"

Hazırda oxunan: Dünyanın ən bahalı meyvəsi: "Günəş yumurtası"

269728

Yaponiyada yetişdirilən xüsusi “Günəş yumurtası” manqosu dünyanın ən bahalı meyvəsi sayılır. 

Bizim.Media xəbər verir ki, bu meyvənin cütü hərracda təxminən 6.400 manata satılıb. 

Bu mango qırmızı rəngi, qüsursuz qabığı və çox şirin dadı ilə seçilir.

"Günəş yumurtası" xüsusi istixanalarda yetişdirilir. Ona günəş işığı bərabər düşsün deyə hər biri budaqdan asılır. Böyüməsi üçün arılarla tozlanma da təmin olunur.
 

Hər manqo bu ada layiq görülmür, yalnız keyfiyyət və şirinlik baxımından ən yaxşı olanlara “Günəş yumurtası” deyilir.


Yaponiyada bahalı meyvələr hörmət və sayğı simvolu kimi hədiyyə edilir. Məhdud sayda istehsal və böyük tələb qiymətləri rekord həddə qaldırır. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO