"Azersky-2" peyki 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq

"Azersky-2" peyki 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq

Hazırda oxunan: "Azersky-2" peyki 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq

269727

"Azersky-2" peyki 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq".

Bizim.Media xəbər verir ki, bunu "Azərkosmos"un Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin Tematik emal bölməsinin rəhbəri Murad Camalov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - "Baku Water Week"də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Qafqazda öz peyklərinə sahib olan yeganə ölkədir:

"Bu peyklərdən 2-si - "Azerspace-1" və "Azerspace-2" telekommunikasiyalarından ibarətdir.
 

"Azersky-2" isə 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq. Yeni nəsil "Azersky-2" peyki daha keyfiyyətli və daha dəqiq məlumat təminatı ilə ölkəmizə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafında öz böyük dəstəyini göstərəcək".


Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın kosmosdakı peyki "Azersky" ilə əlaqə kəsilmiş və peyk fəaliyyətini dayandırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO