DYP-dən parklanma və dayanma-durma ilə bağlı MÜRACİƏT

DYP-dən parklanma və dayanma-durma ilə bağlı MÜRACİƏT

Hazırda oxunan: DYP-dən parklanma və dayanma-durma ilə bağlı MÜRACİƏT

269664

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dayanma-durma qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib.

Bizim.Media-nın məlumatına görə, məlumatda qeyd olunub ki, dayanma-durma qaydalarının pozulması nəqliyyat sıxlığının əsas səbəblərindən biridir:
 

"Paytaxtımızda və respublikamızın müxtəlif bölgələrində nəqliyyat vasitələrinin sayı artır və yol hərəkətində intizamın qorunması, hər bir sürücünün qaydalara əməl etməsi daha da vacib əhəmiyyət kəsb edir.


Parklanma və dayanma-durma qaydalarına riayət olunmaması problemlərə səbəb olur və bunun nəticəsində hərəkət zolaqları iflic olur, digər sürücülərin manevr imkanları məhdudlaşdırılır, nəqliyyat axını ləngiyir və sıxlıq yaranır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Bunun qarşısını almaq üçün sürücülərdən xahiş edilir ki, avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalı, qısa müddətli dayanma zamanı belə digər nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə maneə yaratmamalıdır.

Unutmayaq ki, səhlənkar davranış yüzlərlə insanın hərəkətində gecikməyə səbəb olur.

Baş Dövlət Yol Polisi bir daha bütün sürücülərə müraciət edir: parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalı, yol hərəkətində intizamı qorumalı, tıxacların və qəzalara səbəb ola biləcək halların yaranmasına imkan verməməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO