Məktəb direktoru qızına görə işdən çıxdı - “Mənə bibi deyirdi”

Məktəb direktoru qızına görə işdən çıxdı - “Mənə bibi deyirdi”

Hazırda oxunan: Məktəb direktoru qızına görə işdən çıxdı - “Mənə bibi deyirdi”

269570

Bakının Bülbülə qəsəbəsində yerləşən 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva işdən çıxıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, o, vəzifədən ayrılmasını maraqlı səbəblə əsaslandırıb:

“327 nömrəli məktəbin direktor vəzifəsindən şəxsi təşəbbüsümlə ayrılıram. İşdən çıxma səbəbim ərizəmdə qeyd etdiyim kimidir. Ailə vəziyyətimlə əlaqədar, övladlarıma kifayət qədər vaxt ayıra bilmədiyim üçün işimdən ayrılıram. Ərizəmdə qeyd edə bilmədiyim ən vacib və incə nüans isə belədir: 3 yaşlı körpə qızım mənə israrla ana yox, “Könül bibi” deyə müraciət edir. Keçən ay məzuniyyətdə olanda az qala hər gün mənə “çox sağ ol ki, mənim yanımdasan, məni qoyub getmirsən, səni çox sevirəm” deyirdi.
 

Böyük övladlarımın da fərqli yaşlarda olmağı: birinin tələbə olmağı, digərinin tələbə olmağa hazırlaşmağı, gənc yaşlarında dəstəyimə, varlığıma ehtiyac duymaları və mənim onlara normal vaxt ayıra bilməməyim qərarımı daha da qətiləşdirdi”.


K. Əliyeva bundan sonra fəaliyyətinə yaşadığı qəsəbədə yerləşən tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi davam edəcəyini qeyd edib.

Qeyd edək ki, Könül Əliyeva 2023-cü ilin fevralından sözügedən məktəbin direktoru vəzifəsini icra edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO