Duz gölünə axıdılan çirkab suların QARŞISI alındı – ÖZƏL/RƏSMİ

Duz gölünə axıdılan çirkab suların QARŞISI alındı – ÖZƏL/RƏSMİ

Hazırda oxunan: Duz gölünə axıdılan çirkab suların QARŞISI alındı – ÖZƏL/RƏSMİ

269536

Xəbər verdiyimiz kimi, ölkənin ən böyük duz yataqlarından biri olan Masazır gölünə kanalizasiya suyu axıdılır.
 

MÖVZU İLƏ BAĞLI:

Masazır gölünə çirkab suları axıdanlar CƏRİMƏLƏNƏCƏK – Rəsmi AÇIQLAMA


Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Regional Su Meliorasiya Xidməti PHŞ Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Masazır duz gölünə bir neçə yerdən axıdılan kanalizasiya sularının qarşısı alınıb. Belə ki, kanalizasiya suları boru xəttlərinə salınıb və kanalizasiya kollektoruna yönləndirilib. Qeyd edilən su axıntısı isə yaxınlıqda olan Zəli gölündən (su səviyyəsi fərqinə görə) gələn sudur.

Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Masazır duz gölünə çirkab suların axıdılması faktını təsdiqləyib və bununla bağlı tullantı su axıdan vətəndaşların cərimələnəcəklərini açıqlayıb.

Məlumat üçün bildirək ki, göl uzun illərdir “Azərsun Holdinq” MMC-yə icarəyə verilib və şirkətin burada duz zavodu fəaliyyət göstərir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO