Onlar da polisin vəzifələrini icra edəcək

Onlar da polisin vəzifələrini icra edəcək

Hazırda oxunan: Onlar da polisin vəzifələrini icra edəcək

269525

Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara "Polis haqqında" qanunla müəyyən edilmiş polis əməkdaşının vəzifələri şamil olunacaq.

Bizim.Media xəbər verir ki, bu, yeni hazırlanan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində öz əksini tapıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, daxili qoşunlar fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində, mühafizə etdikləri obyektə basqının dəf edilməsi, habelə həmin obyektin ərazisinə qanunsuz daxil olmuş şəxslərin axtarılması və tutulmasında iştirak edəcək.

Bundan əlavə, layihəyə əsasən, daxili qoşunlar bir sıra hallarda vəzifələrinin icrasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirəcəklər.

Bu hallara ictimai qaydanın qorunması, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması, kütləvi iğtişaşların və ictimai qaydanın qrup halında pozulması hallarının qarşısının alınması, qanunsuz silahlı birləşmələrin, terror təşkilatlarının və terror qruplarının, habelə silahlı müqavimət göstərən və silahlı basqın edən şəxslərin zərərsizləşdirilməsi, dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejiminin təmin edilməsi daxildir.

Bundan başqa, yuxarıda sadalanan hallara cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınması, girovların, zəbt edilmiş binaların və digər tikililərin, qurğuların, ərazilərin və nəqliyyat vasitələrinin azad edilməsi, mülki hava və ya su nəqliyyatı vasitəsinin, yaxud dəmiryol qatarının zəbt olunması və qaçırılması hallarının qarşısının alınması da aiddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO