Mədəkiçiltmə əməliyyatından sonra ağır duruma düşən Aytən Sultanovanın vəziyyəti AÇIQLANDI – RƏSMİ

Mədəkiçiltmə əməliyyatından sonra ağır duruma düşən Aytən Sultanovanın vəziyyəti AÇIQLANDI – RƏSMİ

Hazırda oxunan: Mədəkiçiltmə əməliyyatından sonra ağır duruma düşən Aytən Sultanovanın vəziyyəti AÇIQLANDI – RƏSMİ

269518

Tanınmış oftalmoloq, “Universal” hospitalın rəhbəri və baş həkimi Aytən Sultanovanın son durumu açıqlanıb.

MÖVZU İLƏ BAĞLI:

Mədəkiçiltmə əməliyyatından sonra ağır duruma düşən Aytən Sultanovanın vəziyyəti AÇIQLANDI – RƏSMİ


Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq, Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

Məlumatda bildirilir ki, onun vəziyyətində hələlik müsbətə doğru dəyişiklik yoxdur:

“Aytən Sultanovanın müalicəsi Mərkəzi Klinikanın ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Onun vəziyyəti ağır stabil olaraq qalmaqdadır”.

Xatırladaq ki, mədəkiçiltmə əməliyyatı keçirən A.Sultanovanın səhhəti bir neçə gün öncə kəskin pisləşib. O, əvvəlcə “Universal” hospitalın  reanimasiya şöbəsinə, daha sonra isə Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO