Ərdəbilli uşaqlara Azərbaycan dilində kitablar paylandı

Ərdəbilli uşaqlara Azərbaycan dilində kitablar paylandı

Hazırda oxunan: Ərdəbilli uşaqlara Azərbaycan dilində kitablar paylandı

269508

Ərdəbildə "Yaylıq" nəşriyyatı yeni dərs ili ərəfəsində uşaqlara və şagirdlərə Azərbaycan nağıllarından ibarət kitablar və maarifləndirici dəstlər paylayıb.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Güney Azərbaycandan olan milli fəal Abbas Lisani öz "Telegram" kanalında yazıb.

Aksiya yerli vətəndaş cəmiyyəti fəallarının dəstəyi ilə keçirilib. Dəstlərə Azərbaycan nağılları olan kitablar, rəsm və məşqlər üçün dəftərlər, rəngli karandaşlar, pozan və qələmlər daxil olub.

Qeyd etmək lazımdır ki, Ərdəbildəki Saadulla Donyavi Muğanlının rəhbərlik etdiyi "Yaylıq" nəşriyyatı 2019-cu ilin noyabr ayından Azərbaycan mədəniyyətinə aid əsərlərin çapı üçün rəsmi lisenziya almış azsaylı mərkəzlərdən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO