Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi AÇIQLANDI – RƏSMİ

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi AÇIQLANDI – RƏSMİ

Hazırda oxunan: Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi AÇIQLANDI – RƏSMİ

269491

Bakı-Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yüngül maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt-Bakı yolunda AĞIR TIXAC – Hərəkət tam dayandı – VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiklərinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib və hərəkət tam bərpa olunub.

Qeyd edək ki, bu gün Sumqayıt-Bakı yolunun Ceyranbatan su anbarının yaxınlığından keçən hissəsində böyük tıxac yaranıb. Nəticədə avtomobillərin hərəkəti 1 saata yaxın dayanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO