Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi

Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi

Hazırda oxunan: Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi

269474

Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktoru işdən çıxarılıb.

Bizim.Media qaynarinfo.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə meliorator alim, texnika elmləri doktoru, professor Bəhrəm Əliyev Ekologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Digər əmrlə o, Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktor müavini təyin edilib.

Qeyd edək ki, 2 sentyabr 1955-ci ildə anadan olan Bəhrəm Əliyev 2019-cu ildən Ekologiya İnstitutunun direktoru vəzifəsini tuturdu. O, 2005-13-cü illərdə kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO