Bakının Qala-Ramana istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 204 nömrəli avtobusun tutumu az, sərnişinlərinin sayı isə çoxdur. Belə ki, yenilənməyən bu avtobus sözügedən istiqamətdən gələn sərnişinlər üçün “baş ağrısına” çevirilib. Hətta bəzi günlərdə dayanacaqlarda qalan sərnişinlər minə bilmədiyi üçün ard-arda neçə avtobus ötürməli olurlar.
Bəs bu avtobusların bu il sonuna qədər yenilənməsi gözlənilirmi?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya verilən məlumata görə, bu avtobusun yenilənməsi ilə bağlı tapşırıq verilib:
“204 nömrəli marşrutun daşıyıcısına avtobus parkının yenilənməsi ilə bağlı tapşırıq verilib. Ötən il, COP29 ərəfəsində ölkəyə 160 elektrikli avtobus gətirilib. Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. 2025-ci ilin əvvəlindən paytaxt marşrutlarına 50-yə yaxın yeni avtobus gətirilərək istismara verilib.
Bu yaxınlarda sentyabr ayında nəqliyyat şirkətləri tərəfindən Bakıya ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək. Hazırda Bakıda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur”.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 09.09.2025
Sərnişinlərə “çatmayan” 204 nömrəli avtobus nə vaxt yenilənəcək? – Rəsmi AÇIQLAMA – FOTO
Hazırda oxunan: Sərnişinlərə “çatmayan” 204 nömrəli avtobus nə vaxt yenilənəcək? – Rəsmi AÇIQLAMA – FOTO
Hazırda oxunan: Sərnişinlərə “çatmayan” 204 nömrəli avtobus nə vaxt yenilənəcək? – Rəsmi AÇIQLAMA – FOTO
269434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.