Oğuzda qəzada yaralanan qadın iki gün sonra xəstəxanada HƏYATINI İTİRDİ

Oğuzda qəzada yaralanan qadın iki gün sonra xəstəxanada HƏYATINI İTİRDİ

Hazırda oxunan: Oğuzda qəzada yaralanan qadın iki gün sonra xəstəxanada HƏYATINI İTİRDİ

269422

Xəbər verdiyimiz kimi, sentyabrın 6-sı axşam radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Nissan” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ağır vəziyyətdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sürücü Ağdam rayon sakini 33 yaşlı Aygün Quliyeva ötən gün axşam saatlarında vəfat edib.

Qeyd edək ki, qəza nəticəsində avtomobildə olan sərnişin Sumqayıt şəhər sakini, 31 yaşlı Arifə Səlimova aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO