Kanalizasiyası olmayan evlərə XƏBƏRDARLIQ – 1000 manat CƏRİMƏ

Kanalizasiyası olmayan evlərə XƏBƏRDARLIQ – 1000 manat CƏRİMƏ

Hazırda oxunan: Kanalizasiyası olmayan evlərə XƏBƏRDARLIQ – 1000 manat CƏRİMƏ

269354

Azərbaycanda, əsasən də Bakı ətrafı kanalizasiya şəbəkəsi ilə tam təmin edilməmiş ərazilərdə tullantı sularının axıdılmasına görə fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək. 

Bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı suların əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarına rast gəlinir.

SİMDNX-dan verilən məlumata görə, mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
 

Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrində əmələ gələn tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunmuş, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır.


Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu, dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərtilə təmizlənməlidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO