Bakıya gətirilən qatarlara qarşı TƏXRİBAT – Hadisə harada baş verib?

Bakıya gətirilən qatarlara qarşı TƏXRİBAT – Hadisə harada baş verib?

Hazırda oxunan: Bakıya gətirilən qatarlara qarşı TƏXRİBAT – Hadisə harada baş verib?

26933

Sosial şəbəkələrdə Azərbaycanın Rusiyadan aldığı qatarların Bakıya gətirilərkən yolda şüşələrinin sındırıldığı, üzərinin cızılaraq geriqaytarılması haqda məlumatlar yayılıb. Hadisənin harada baş verməsi haqda isə səhih məlumat yoxdur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov sosial şəbəkə hesabında həmin məlumatları təkzib edib:

“Vaqonlar iki hissədən ibarət olmaqla Bakıya yola salınıb. Bundan əvvəl Bakı metrosunun nümayəndələri vaqonların “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunmasını təftiş ediblər. Heç bir problem olmayıb və qatarlar səfərə hazırlanıb. Srağagün birinci, dünən ikinci hissə yola salınıb. Hazırda qatarlar yoldadır və hər hansı problem yoxdur”.

Metropoliten sözcüsü əlavə edib ki, ümumiyyətlə, qatarların yol boyu saz-sağlam, xətərsiz-problemsiz daşınmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür:

“Qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu həmişə belə olub və bu dəfə də belə olacaq”.

Xatırladaq ki, 2019-cu lin oktyabr ayında "Bakı Metropoliteni" QSC Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə vaqonların alınmasına dair müqavilə imzalayıb.

Müqavilənin şərtinə görə, imzalamadan sonrakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO