Mikroavtobus qəzasında yaralıların sayı 19-a çatdı

Mikroavtobus qəzasında yaralıların sayı 19-a çatdı

Hazırda oxunan: Mikroavtobus qəzasında yaralıların sayı 19-a çatdı

269297

Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-də, saat 06:30-dan etibarən 19 nəfər (18 qadın cinsli, bir kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda mikroavtobus qəzaya düşdü – ONLARLA YARALI VAR


"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində yeddi nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO